http://vknews.az/public/editor/elFinder/php/../files/cəmiyyət/baki.jpg

Bakıda tarix təkrarlanır: 10 və 6 il əvvəl məhz bu gün güclü yağış yağmışdı

access_time09.08.2019 remove_red_eye59 content_copy Cəmiyyət

2009 və 2013-cü illərdə məhz avqustun 9-da Bakıda bu cür intensiv yağışlar müşahidə olunub.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, günün ikinci yarısında yağışın kəsilməsi proqnazlaşıdırılır, artıq axşama doğru yağış olmayacaq:

“Ümumiyyətlə, ayrı-ayrı illərdə belə intensiv yağışlar qeydə alınıb. Məsələn, 2009-cu il avqustun 9-da yağıntının miqdarı 6 millimetr olub. Bu da aylıq normanın 98 faizini təşkil edib.

2013-cü ildə isə yenə avqustun 9-da 7 millimetr miqdarında yağış qeydə alınmışdı. Bu da ay ərzində düşməli olan normadan bir qədər çoxdur, yəni aylıq normanın 115 faizi. Göründüyü kimi, bəzi illərdə belə anomal proseslər müşahidə olunub”.

U.Tağıyeva qeyd edib ki, bu günün birinci yarısında yağış yağacağı proqnozlaşdırılmışdı:

“Bu proqnoz özünü doğrultdu. Hazırda yağıntı hələ də müşahidə olunur. Miqdarını günün sonunda açıqlaya bilərik”.

VKnews.az