http://vknews.az/public/editor/elFinder/php/../files/cəmiyyət/ypx.jpg

Bakıda YPX maşını qəzaya uğradı: polislər xəsarət aldı - VİDEO

access_time16.09.2019 remove_red_eye224 content_copy Cəmiyyət

Ötən gün Bakının Binəqədi rayonunda yol polisi avtomobili qəzaya uğrayıb.

Hadisə “Monte Kristo” restoranı yaxınlığında qeydə alınıb.

99 YP 468 nömrə nişanlı avtomobilin sürücüsünün idarə etdiyi maşın avtobusla toqquşub. Qəza zamanı yol polisləri xəsarət alıb.

Hadisə barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla Bağlı Binqəqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatı öyrənilir:

“Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alan əməkdaşlarımız DİN-in Hospitalına yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.

Qeyd edək ki, bu barədə ilk məlumatı Baku.ws saytı yayıb.

VKnews.az