http://vknews.az/public/editor/elFinder/php/../files/news/maraqli/şaşkın.jpg

Bir -birindən maraqlı Məlumatlar

access_time27.02.2017 remove_red_eye1250 content_copy Maraqlı

İndiyə qədər eşitmədiyiniz ən maraqlı məlumatlar....

1. Dünyanın ən qorxaq məməli heyvanı mombatdır. Vəhşi bir heyvanın yaxınlaşdığını hiss etdiklərində, qorxudan ürəkləri gedir.

2. 1931-ci ildə dünyasını dəyişən Tomas Edisonun son nəfəsi ABŞ-ın detroit şəhərində yerləşən Henry Ford  muzeyində kiçik bir qabın işində saxlanılır.

3. Bu günə qədər yaşanmış ən böyük vulkan püskürməsi 1815-ci ildə İndoneziyada baş verib. 100 mindən çox insanın öldüyü partlamada, sulfit qazı atmosferi o qədər soyudub ki, bir neçə il bu ölkədə yay mövsümü yaşanmayıb.

4. 1861-1865-ci illərdə Amerikada baş vermiş vətəndaş müharibəsindən sonra, Missisipi əyaləti büdcəsinin 20%-ni yaralı vətəndaşlara protez ayaq və qol almaq üçün xərcləyib.

5. Müasir kompyuterlərin yaradıcısı sayılan Alan Turing iş yerində istifadə etdiyi fincandan heç kim istifadə etməsin deyə, fincanını radiatora bağlayırdı.

VKnews.az