http://vknews.az/public/editor/elFinder/php/../files/Sağlamlıq/blutus.png

DİQQƏT! “Bluetooth” qulaqcıqlar xərçəng yaradır? - ARAŞDIRMA

access_time09.04.2019 remove_red_eye80 content_copy Sağlamlıq

Bu yaxınlarda internetdə naqilsiz qulaqcıqların xərçəng riskini artırdığı haqda xəbərlər yayıldı. 

Medicina.az bildirir ki, 2015-ci ildə dərc edilən bir məqalədə 42 ölkədən olan 247 alimin naqilsiz qulaqcıqların elektromaqnit sahə yaradaraq, insan sağlamlığına mənfi təsiri qeyd olunur. 

Elektromaqnit sahəsi nədir? 

Elektromaqnit sahəsi elektrik dalğaları tərəfindən əmələ gələn gözəgörünməz enerji və şüa sahəsidir. "Bluetooth” və naqilsiz qulaqcıqlardan istifadə zamanı xüsusi tipli ionlaşmayan radioaktiv şüalanma yaranır. Bu qurğulara mikrodalğalı sobalar, smartfonlar, kompüterlər də aiddir. 

Baxmayaraq ki, "Bluetooth” və naqilsiz qulaqcıqlar mobil telefonlarla müqayisədə aşağı şüalanmaya malikdirlər, onlar alimlərin ciddi narahatlığını doğurur. 

Bu qurğuların insanın başına daha yaxın olması beyinin daha çox şüalanmaya məruz qalmasına səbəb olur.

Eyni şey hər gün bir neçə saat müddətində qulaqcıqla musiqi dinləyən insanlara da aid edilə bilər. Bu əsasən də radiasiyaya daha həssas olan uşaqlar üçün təhlükəlidir. Onların başları balaca və kəllə sümükləri daha nazikdir. Buna görə də onların elektromaqnit şüalanmaya məruz qalmaları daha təhlükəli hesab olunur. 

Bu qurğuların şüalanmasından qorunmaq üçün ən yaxşı üsul mobil telefonun üzdən 25 sm aralı tutulmasıdır.

VKnews.az