http://vknews.az/public/editor/elFinder/php/../files/IKT/huawei-p30.jpg

“HUAWEI” şirkəti “HUAWEI P30” smartfonlar seriyasını təqdim edir

access_time28.03.2019 remove_red_eye264 content_copy İKT

"HUAWEI P30” və "HUAWEI P30 Pro” mobil fotoşəkilləri yeni əsas sensor, obyektiv və prosessor sayəsində daha yüksək səviyyəyə qaldırır.

VKnews.az xəbər verir ki, "HUAWEI” şirkəti Parisdə keçirilən təqdimatda "HUAWEI P30” və "HUAWEI P30 Pro”nu nümayiş etdirib. "HUAWEI P30” seriyasından olan qurğular şirkətin yeni flaqman kamerafonlarıdır ki, innovasiyalı spektral "HUAWEI” sensoru, superzum obyektivi, yeni TOF-kamera (Time of Flight), həmçinin "OIS” və "AIS” təsvirin stabilləşdirilməsi texnologiyası sayəsində peşəkar kameralarla rəqabət apara bilər.

"HUAWEI Consumer BG” şirkətinin prezidenti Riçard Yu deyib: "HUAWEI P30” seriyasından olan smartfonlar mobil fotoqrafiya sahəsində əsl inqilabdır. Bu, mobil kameralarının uzunmüddətli təkmilləşməsi prosesinin nəticəsidir. Spektral sensor və superzumlu obyektivlər kimi innovasiyalar bizə təkcə fotoşəkildə deyil, həm də videonun yazılmasında ciddi addımlar atmaqda imkan yaratdı. "HUAWEI P30” seriyası bir neçə yeni nəsil smartfonlar üçün öz qaydalarını qarşıya qoyur”

                                        Peşəkar səviyyədə realistik fotoçəkiliş

"HUAWEI P30” seriyasından olan smartfonlar mobil fotoqrafiya barədə təsəvvürləri dəyişir. "HUAWEI P30 Pro” "DxOMark” reytinqinin yüksək rekordunu – 112 bal qazanıb. O, dördkameralı yeni "Leica” sistemi ilə təchiz olunub, buraya "HUAWEI” spektral sensorlu 40 MP əsas kamera, 20 MP ultraenlibucaqlı obyektiv, 8 MP telefoto-obyektiv, həmçinin TOF kamera daxildir. Selfi çəkilişləri məqsədilə yeni smartfonlar 32 MP frontal kamera ilə təchiz edilib.

1/1.7-dyümlük "HUAWEI” spektral sensoru işığı tamamilə yeni üsulla qeydiyyatdan keçirir. Sensorun RYYB işıq filtri ənənəvi RGGB filtrindən onunla fərqlənir ki, burada yaşıl piksellər sarı piksellərlə əvəzlənib. Bu, "HUAWEI P30” və "HUAWEI P30 Pro” üçün ISO diapazonunu müvafiq olaraq, 204800 və 409600-dək genişləndirməyə imkan verir. Sensor texnologiyasındakı bu fundamental dəyişikliyin kamera obyektivinin işıqgücləndirmə (f/1.6) və stabilləşmə sisteminə uyğunlaşdırılması sayəsində "HUAWEI AIS+ OIS HUAWEI P30 Pro” mobil fotoqrafiya və videoqrafiya üçün geniş diapazonda çəkilişlərin və işıqlandırma şəraitinin yaradılmasına yeni imkanlar təqdim edir.

Superzumlu obyektivlər periskopik konstruksiya sayəsində keyfiyyətli beşqat optik böyüməni təmin edir. Sensor, həmçinin hibridli onqat zum və rəqəmsal əlliqat böyüməyə malikdir. Telefotokameradakı prizmalı optik element işığı 90 dərəcə yayındıraraq, maksimal fokus məsafəyə imkan yaradır. Bununla yanaşı, smartfonun korpusunun nazik qalması qorunub saxlanılır.

"HUAWEI P30 Pro” flaqmanı TOF-kamera ilə təchiz olunub ki, bu da sərtliyin dərinliyini müəyyən etməyə və təsvirləri ayrı-ayrı elementlərə bölməyə imkan verir. Obyektədək olan məsafənin dəqiq ölçülməsi "bokeh”nin bir neçə dərəcəsini - tamamilə dəqiq arxa plandan tutmuş obyekti hər hansı süjetdə seçmək imkanı verən "Leica” üslubunda olan "bokeh”yədək modelləşdirməyə şərait yaradır.

"HUAWEI AI HDR+” funksiyası frontal və əsas kameralara şəkillər seriyasını artıq işıqlılıq və dərin kölgələr olmadan bir zəruri final ekspozisiyada birləşdirir. Portret rejimi ən kiçik detalları belə saxlamağa imkan verir. Bu rejim təsvirlərin təmiz fonla, modelin üz və fiqurunun yüksək təfsilatı ilə göstərilməsi üçün sərtliyin dərinliyi və alqoritmlər barədə məlumatlardan istifadə edir.

Mobil videoqrafiyanın yenidən dərk edilməsi

Videofunksiyaların geniş dəsti hesabına "HUAWEI P30” seriyası studiya səviyyəsində videoqrafiyanın yeni erasına keçidə hazırdır. "HUAWEI” spektral sensoru videonu ən aşağı işıqlandırma şəraitində belə çəkilməsinə və maksimal dərəcədə dəqiq videoçarxların hazırlanmasına imkan verir. "HUAWEI AIS” və "OIS” texnologiyası indi videçəkilişlər zamanı stabilliyi dəstəkləyir, superzumlu obyektivlər isə iri planların yüksək dəqiqliyini təmin edir. Süni intellekt funksiyasına malik videoredaktor istifadəçiyə fon musiqisi və xüsusi effektlərin əlavə olunması üçün alətlər təqdim edir.

"HUAWEI P30” seriyasından olan qurğu "HUAWEI Dual-View” texnologiyasının köməyi ilə, eyni zamanda, iki əsas kameradan müxtəlif variantlı videoların yazılmasına şərait yaradır. Bu rejimdə eyni vaxtda ultraenlibucaqlı kamera ilə ümumi planı və teleobyektivlə iri planı çəkmək mümkündür.

Qabaqcıl dizayn

6,1 dyümlük diaqonal ekrana malik "HUAWEI P30” və 6.47 dyümlük diaqonal ekranlı "HUAWEI P30 Pro” qurğularını ağ və qara rəngdə, həmçinin digər üç çalarda - kəhrəba-qırmızı (Amber Sunrise), açıq mavi (Breathing Crystal) və şimal şəfəqi (Aurora) rənglərində əldə etmək olar. Smartfonların korpusu 9 laylı nanooptik örtüyə malikdir. "FHD+” ixtiyarlı ekran (2340x1080 nöqtə) kiçik dairəvi monolit səthə (Dewdrop), korpusun sahəsinin maksimal örtüyünə və simmetrik dizayna malikdir. İstifadəçinin daha sürətli və etibarlı identifikasiyası məqsədilə şüşənin altında daktiloskopik sensor quraşdırılıb. "HUAWEI P30 Pro”da, həmçinin ekranın altında dinamiklə quraşdırılan "HUAWEI Acoustic Display” texnologiyası tətbiq edilib.

                                                          Maksimum imkanlar

"P30” və "P30 Pro” modelləri, həmçinin bir sıra qabaqcıl funksiyalara malikdirlər ki, bunlar da gücdə, istehsal və effektivlikdə rəqabətqabiliyyətli üstünlüklərdir:

-"P30” seriyası "HUAWEI Kirin 980” prosessorunun tətbiqi sayəsində yüksək məhsuldarlığa və enerji effektivliyinə malikdir. Qurğu 7 nm texnologiyası əsasında quraşdırılıb və ikili neyromodul sayəsində təsvirlərin sürətli tanınmasını dəstəkləyir.

-"HUAWEI P30” seriyasından olan smartfonlar EMUI 9.1sisteminin idarəsi ilə işləyir. Xüsusi genişləndirilmiş fayl sistemindən (EROFS) istifadə olunur ki, bu da yığıcıdan məlumatların oxunma sürətini əhəmiyyətli dərəcədə artırır. Yeni əməliyyat sistemində, həmçinin "HUAWEI” və PK smartfonları arasında sürətli məlumat mübadiləsi məqsədilə "HUAWEI Share OneHop” texnologiyasından istifadə edilir.

-"HUAWEI P30 Pro” 4200 mA/saat tutuma malik akkumulyatora və 40 Vt gücündə cəmi 30 dəqiqəyə qurğunu 70 faiz enerji ilə təmin edə biləcək "Super charge” sürətli yükləyiciyə malikdir. Bununla belə, smartfondan hətta müntəzəm işləyərsə, tam iş günündən artıq istifadə etmək mümkündür.

-"HUAWEI P” smartfonlar seriyasında isti və soyuma effektivliyinin optimal paylanmasını innovasiyalı soyuma sistemi təmin edir.

-Hər iki model "Dual SIM” və "Dual VoLTE”u dəstəkləyən naqilsiz qabaqcıl rabitə vasitəsinə malikdir.

                                                  Qiyməti və əlverişliliyi

"HUAWEI P30” və "HUAWEI P30 Pro” smartfonlarını aşağıdakı qiymətə əldə etmək mümkündür:

HUAWEI P30 Pro 8GB RAM + 128GB ROM 999 avro

8GB RAM + 256GB ROM 1099 avro

8GB RAM + 512GB ROM 1249 avro

HUAWEI P30 6GB RAM + 128GB ROM 799 avro

"HUAWEI Consumer Business Group” haqqında

"HUAWEI” şirkətinin məhsullarından və bu şirkətin xidmətlərindən dünyanın 170 ölkəsində yararlanmaq mümkündür, Yer kürəsi əhalisinin üçdəbir hissəsi tərəfindən istifadə edilir. Bunun sayəsində "HUAWEI” 2016-cı ildə dünyanın smartfon istehsal edən lider şirkətlərinin üçlüyünə daxil edilib. Şirkət ABŞ, Almaniya, İsveç, Rusiya, Hindistan və Çin kimi ölkələrdə 14 elmi-tədqiqat mərkəzi açıb.

"HUAWEI Consumer BG” - "HUAWEI” şirkətinin 3 biznes bölməsindən biridir, smartfonların, noutbuk və planşetlərin, daşıyıcı elektronikanın, ev üçün, həmçinin bulud xidmətlərinin həlli üçün əlyetərli olan genişzolaqlı mobil qurğuların işlənib hazırlanması ilə məşğuldur. "HUAWEI” qlobal şəbəkəsinin üstünlüyü, bütün dünyada əməliyyat fəaliyyətinin həcmi və inkişaf etmiş partnyorluq şəbəkəsi telekommunikasiya sahəsində olan 30 illik təcrübə əsasında qurulub. "HUAWEI Consumer BG” şirkəti öz fəaliyyətini istifadəçilərin yeni texnoloji nailiyyətlərlə təmin edilməsinə istiqamətləndirib.

VKnews.az