http://vknews.az/public/editor/elFinder/php/../files/Sağlamlıq/insult.png

İnsult zamanı xəstənin bütün barmaqlarını deşin – İynəterapistdən MƏSLƏHƏT

access_time09.04.2019 remove_red_eye163 content_copy Sağlamlıq

Çin və Koreya mənbələrində insult olan insane təcili yardım kimi barmaqlarına iynə batırmaq metodikasına rast gəlinir. Azərbaycanda bu metoda həkimlər ciddi yanaşmasa da, iynətarepiya üzrə mütəxəssis Rəna Məmmədova öz təcrübəsində məhz bu üsulla xəstəni xilas etdiyini bildirir.

Həkim medicina.az-a açıqlamasında insult zamanı barmaqları deşməyin təsirini izah edib.

" Əgər İnsult başlayan anda dərhal ətrafdakılar, ya xəstə özü bütün əl barmaqlarının ucunu iynə ilə deşib qan çıxarsa, o insan iflic olmur, yəni ilsunltun nəticəsi olaraq ağzı, əli parezləşmir.  Öz təcrübəmdə belə bir hadisə olub: xəstə yanımda  işemik insult keçirirdi. Təcili yardım gələnə kimi qulaq və barmaq uclarını şpris iynəsi ilə deşdim. Eləcə də qulaqları yuxarı doğru dartırıq.  Biz bu üsulla  beyinə qıcıq göndərib, onu sanki toparlayırıq.  

Həmin xəstə xilas edildi.  Amma təbii ki, sonradan müayinə olundu, Kompüter tomoqrafiyası göstərdi ki, insulta doğru proses başlayıb, hər an ola bilər. Və xəstə nevroloq müalicəsi aldı. Hesab edirəm ki, kəskin dövrdə xəstəni xilas etmək üçün bu metodu sınamaq mütləqdir”.

VKnews.az