http://vknews.az/public/editor/elFinder/php/../files/news/din/günahkarqul.jpg

Niyə Allahın qəzəbi günahkarı dərhal tutmur?

access_time17.02.2017 remove_red_eye768 content_copy Din

Yəqin ki, siz də o kəslərdənsiniz ki, bu sual zehninizi məşğul edir. Niyə günahkara heç bir şey olmur? Niyə Allahın qəzəbi günahkarı tutmur? Gəlin bir qədər gözlərimizi açaq və bu suala başqa tərəfdən nəzər salaq. Başqa bir suala cavab verək.

Biz özümüzü günahkar hesab edirikmi? Allah eləsin ki, cavabınız müsbət olsun. Əgər müsbətdirsə, siz də o barmaqla sayılan insanlardan birisiniz. İnsanların əksər hissəsi cahilliklərinə görə xata və hətta günah edirlər. İndi əvvəlki sualımıza qayıdaq. Məgər Allahın qəzəbi günahkarları tutmurmu? Sizdən soruşuruq ki, sizin nəzərinizə görə bu pisdir, yoxsa yaxşı?

Bu mövzunu Allahın nemətlərindən biri kimi görmək lazımdır ki, cəza verməkdə tələsmir. Hər bir xata edən üçün fürsət verir ki, səhvini başa düşsün. İndi görək bu neməti kimə görə qazanmışıq. (Tebyan)

İmam Sadiqdən (ə) gələn nurani hədisdə oxuyuruq: “O zaman ki, Allah Təala günah edən şəhər sakinlərinə nəzər salar ki, aralarında (ancaq) üç nəfər mömin olar, onlara xitab edərək buyurar: “Ey Mənim günahkar bəndələrim! Əgər sizin aranızda olmasaydı bu möminlər ki, Mənim cəlalımın dostlarıdır, yeri və məscidləri namazları ilə abad edərlər, səhər çağı Mənim qorxumdan istiğfar edərlər - əzabımı mütləq sizə nazil edərdim. Mənim üçün heç bir fərq də etməzdi”./Deyerler.org