http://vknews.az/public/editor/elFinder/php/../files/Din/cehennemodu.jpg

Qurana əsasən cəhənnəmdə əbədi qalanlar kimlərdir?

access_time21.03.2019 remove_red_eye211 content_copy Din

İslam etiqadına əsasən insanın yaradılış fəlsəfəsi əsasən yaradanın tanınması (etiqadı üzrə) və son mənzilin qazanılmasıdır. Çünki insan özü əbədi varlıq olduğu halda bu dünyada müvəqqətidir.

VKnews.az islaminsesi.info-ya istinadən xəbər verir ki, elə isə insan dünyadan əbədiyyət aləminə köç edəndir. Əbədiyyət diyarı olan axirət aləmi cənnət və cəhənnəm olaraq öz sakinlərini qəbul edəcəkdir. İslam etiqadına əsasən insanlar hesab və cəzalarını ödədikdən sonra bu iki məkandan birində əbədi yaşayacaqlar.

Elə isə cəhənnəmdə əbədi qalan, heç vaxt bağışlanıb cənnətə göndərilməyənlər kimlər olacaq? Qurani Kərim ayələr bu barədə kimlərin adlarını qeyd edir?

Təbi ki, Quran bu barədə fərdləri yox xislət və simaları qeyd edir. Quran bu barədə buyurur:

1- Allahın ayələrini yalan hesab edənlər:

Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. (Əraf-36)

2- Allah rəsulu (s) ilə düşmənçilik edənlər:

Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları Cəhənnəm odu vardır? Bu isə böyük rüsvayçılıqdır. (Tövbə-63)

3- Zülm edənlər:

Sonra zalımlara deyiləcəkdir: "Dadın əbədi əzabı! Məgər siz ancaq qazandığınız (günahlara) görə cəzalandırılmırsınızmı?" (Yunis-52)

4- Bədbəxtlər:

Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada fəryad qoparacaq və zarıyacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Hud-106-107)

5- Günahkarlar:

Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar. Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar.(Zuxruf 74-75)

6- Bütün günaha bürünənlər:

Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr - məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar! (Bəqər-81)

7- Böyük günahlar (insan öldürmək, zina, şirk):

Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar.(Furqan 68-69)

8- Qurandan üz döndərənlər:

Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr vermişik. Ondan üz döndərənlər Qiyamət günü ağır bir günah yükü daşıyacaqlar. Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis (yük) olacaqdır! (TaHa 99-101)

9- Qiyamətdə tərəzisi yüngül olanlar:

Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) Cəhənnəmdə əbədi qalacaqlar. (Muminun 103)

10- Sələm yeyənlər:

Sələm yeyənlər (qəbirlərindən) şey-tan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: "Alış-veriş də sələmçilik kimidir!"- demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. (Sələmçiliyə )qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.

11-Mömin bəndəni qətlə yetirənlər:

Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.(Nisa-93)

12- Münafiqlər, ikiüzlülər və müşrüklər:

Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən.(Nisa-145)

Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir. (Bəyyinə-6)

VKnews.az