http://vknews.az/public/editor/elFinder/php/../files/news/din/saqqia.jpg

Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA

access_time27.05.2018 remove_red_eye294 content_copy Cəmiyyət

Ramazan ayı ərəfəsində hansı hərəkətlərin orucu pozması insanları düşündürən suallar sırasında olur. Bunlardan biri də "saqqız çeynəmək orucu pozarmı” sualıdır.

Türkiyənin Dini İşlər üzrə Qurumu bununla bağlı açıqlama yayıb.

Dini sualların cavablandırılması platformasında yer alan fitvada bildirilir:

"Bu gün istehsal edilən saqqızların tərkibinə ağızda dağıla bilən qatqı maddəsi vurulur. Ona görə də nə qədər diqqətli olsaq da, həmin maddənin udulmaması mümkün deyil. Bu səbəblə bu cür saqqızı çeynəmək orucu pozar. Ancaq tərkibində qatqı olmayan saqqızlar, əvvəldən çeynənilmiş, eləcə də çeynənəndən sonra heç bir dad əksikliyi hiss edilməyən saqqızlar orucu pozmaz. Oruc olanda bu cür saqqız çeynəmək məkruhdur”./publika.az

VKnews.az