http://vknews.az/public/editor/elFinder/php/../files/news/maraqli/şirlər.png

Şirlər haqqında bilmədikləriniz

access_time17.03.2017 remove_red_eye3208 content_copy Maraqlı

- Şir yırtıcı heyvanlar arasında ən kiçik ürəyə malik heyvandır.

- Bununla belə şir hər zaman mərdlik, şücaət və qorxmazlıq simvolu sayılıb.

- Şirin caynaqları 7 sm-ə qədər uzana bilir.

- Şirlər iki yaşına qədər nərildəyə bilmirlər.

- Gecələr şirlər insandan 6 dəfə yaxşı görə bilirlər.

- Şirlər saylarına görə, Yer üzündə yayılmış yırtıcı heyvanlar arasında giyenalardan (kaftar) sonra ikinci yerdə durur.

- Şirlərin dişləri iri olsada, onlar qidalarını çeynəmədən böyük hissəciklərlə udurlar.

- Şirlər yatmağı çox sevirlər. Onlar sutkanın orta hesabla 20 saatını yuxuda keçirirlər.

- Şirlər bir-birlərinə qarşı mehriban olurlar. Görüşdükləri zaman üzlərini bir birinə sürtərək bir birini salamlayırlar.

- Şir balaları dünyaya gələndə 1-2 kq arası çəkidə olurlar. Gözlərini isə 11-ci gündə aça bilirlər. Yeni dünyaya gəlmiş şir balaları 15-ci gün yeriyə bilirlər.

- Dünyaya gəlmiş balaları təkcə öz anası deyil, həmçinin dəstədə olan digər südverən dişi şirlər də yedizdirirlər.

- Şirlərin üzlərini insanın barmaq izləri ilə müqayisə etmək olar. Təbiətdə eyni üz çizgiləri olan şirlərə rast gəlmək mümkün deyil.

- Böyük şirlərdə 30 diş olur, insanda isə bu say 32-dir.

- Əgər şir ac deyilsə, istənilən heyvan şirin yanında belə rahatca gəzişə bilərlər. Çünki şirlər yalnız ac olduqları vaxt ov edirlər.

- Şirlər orta hesabla 14-16 il ömür sürürlər. Lakin, qəfəsdə və yaxud heyvanxanalarda bu rəqəm 11 ili ötmür./deyerler.org/