http://vknews.az/public/editor/elFinder/php/../files/news/saglamliq/ana.jpg

Süd verən analar və hamilələr - oruc tuta bilərmi?

access_time22.05.2018 remove_red_eye596 content_copy Sağlamlıq

Hamilə və yeni ana olmuş qadınların Ramazan ayını necə keçiricəkləri ilə bağlı sual işarələri yaranır.

Metbuat.az xəbər verir ki, ana namizədlərinin kifayət qədər qida və maye qəbul etməsi körpənin inkişafına təsir edir. Oruc tutan bir hamilənin və ya süd verən ananın qida və mayedən uzaq durması körpənin inkişafına mənfi təsir göstərə bilər. Digər tərəfdən belə vəziyyətlərdə onlar xəstə hökmündə olduqları üçün onlara bu icazəni verən hədislər də var. Amma yenə də bu mövzuda bir mütəxəssislə məsləhətləşmək lazımdır.

Mütəxəssislər hamiləliyin ilk və son üç aylarında oruc tutulmamasını məsləhət görmür. Hamiləlik zamanı şəkər xəstəliyi ortaya çıxmış və ya təzyiq problemi olan hamilələrin də oruc tutmaları risklidir.

Oruc tutan hamilələrə də tez-tez bol su içmələri məsləhət görülür. Maye qəbul etmədikdə təzyiqin aşağı düşməsivə halsızlıq yarana bilər, xüsusilə yay aylarında bədənin enerjisiz qalması ilə həftəlik alınması lazım olan çəki miqdarı alınmaya bilər və sidik yolunda infeksiya riskini artıra bilər.

Bu səbəblə hamilə və süd verən anaların mütəxəssislərdən dəstək alması vacibdir.

VKnews.az