http://vknews.az/public/editor/elFinder/php/../files/IKT/whatsapp12.jpeg

“WhatsApp”da möhtəşəm yenilik!

access_time04.11.2019 remove_red_eye274 content_copy Maraqlı

Yenilik sayəsində messencerin işə salınması üçün yenidən barmaq izindən istifadə etmək lazım olacaq.

"Ölkə.Az" “ICTnews”a istinadən xəbər verir ki, bu, mesajları kənar şəxslərdən qorumağa kömək edəcək.

“WhatsApp” messencerinin barmaq izinə görə, blokdan çıxarılmasını aktivləşdirmək üçün aşağıdakı ardıcıllıqdan istifadə etmək lazımdır: Proqram sazlaması → Hesab → Məxfilik → Barmaq izinə görə bloklama.

Bu menyuda, həmçinin proqramın avtomatik bloklanacağı vaxtı seçmək mümkündür. Eyni zamanda kənar şəxslərin təsadüfən mesajları görməsinin qarşısını almaq üçün bildirişlərdə mesajların məzmununu deaktiv etmək olar.

Xatırladaq ki, belə funksiya “WhatsApp” messencerinin “iOS” üçün versiyasında ilin əvvəlində istifadəyə verilib.

VKnews.az